Əsas şərt bazarda təklifin artmasıdır İqtisadçı

29.09.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

"Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin iyul və avqust aylarında mal ətinin qiymətində əvvəlki aylarla müqayisədə artım qeydə alınıb. Yaxın müddətdə mal ətinin qiymətinin əvvəlki səviyyəyə qayıtması üçün əsas şərt bazarda təklifin artmasıdır".

Bu fikir 525.az-a iqtisadçı ekspert Akif Nəsirli bildirib. Ekspert qeyd edib ki, əgər yem və heyvandarlıq xərcləri yüksək olaraq qalarsa qiymət artımı davam edəcək: "Mal-qaranın sayında azalma var. Bu xeyli vaxtdır ki, davam edər. Əgər proses beelə davam edərsə və bazara kifayət qədər məhsul çıxmazsa, qiymətlərdə artım təzyiqi də davam edə bilər. Bununla belə, hazırkı 1-2 manatlıq artımın hamısının davamlı olacağını demək düzgün olmaz. Bazarda təklifin vəziyyəti və Kənd Təsərrüfatı Nazirliyinin araşdırmasının nəticələri də nəzərə alınmalıdır”.

Sevinc Qarayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью