Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əməkdar artist Zaur Əmiraslanov yeni mahnı və klipini dinləyicilərinin ixtiyarına verib.
Axşam.az xəbər verir ki, “Mən o adam deyiləm” adlanan bəstə sevgi mövzusuna həsr olunub. Mahnının söz və musiqi müəllifi Hüseyn Abasovdur.
Mahnının mix-master işi Elsevər Rəhimova, montajı Eldar Quluzadəyə məxsusdur. Klip isə süni intellekt texnologiyası vasitəsilə hazırlanıb.
Müğənni yeni işi ilə sevgi, münasibətlər və duyğularını musiqi vasitəsilə dinləyicilərə çatdırır.