Əsas yolda asfalt örtüyü dağılıb VİDEO

21.10.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Yolda iri çuxurlar yaranıb, asfalt örtüyü dağılıb.

Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, dağılan asfalt örtüyü sürücülər üçün ciddi problem yaradır, avtomobillər sıradan çıxır.görüntülər Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Nazim Süleymanov küçəsindəndir.

Sakinlər deyirlər ki, xeyli vaxtdır yol bu vəziyyətdədir.

Onu da bildirdilər ki, bir müddət əvvəl ərazidə tullantı su xətlərində təmir işləri aparılıb, lakin işlər yarımçıq qalıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirdilər ki, sözügedən ünvanda tullantı su xəttinin təmiri və bərpası istiqamətində işlər görülüb. Üzəri doldurulub, kipləşdirmə işləri icra edilib. Asfalt qatının bərpası üçün aidiyyatı üzrə müraciət edilib, yaxın günlərdə asfalt örtüyü bərpa olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью