Əsasnamə tələbi pozulduğuna görə “Qarabağ” cərimələndi

28.02.2025

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Ölkə.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 24-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 4 nəfər sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Səbail” oyununda “Araz-Naxçıvan”ın 5 nəfər sarı vərəqə aldığına görə Naxçıvan təmsilçisi 700 manat cərimələnib.

“Qarabağ” – “Sabah” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Qarabağ” 500 manat cərimə edilib.

“Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı”dan 4 nəfər sarı vərəqə aldığına görə bölgə təmsilçisi 700 manat cərimələnib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью