Əsəbi və həyəcanlı olarkən bu qidalardan UZAQ DURUN!

30.01.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çətin bir gündən sonra demək olar ki, həmişə şirniyyat, duzlu və ya yağlı yeməklər istəyi yaranır. Lakin bu qidalar kalori səbəbəindən zərərli hesab olunur.
Bizim.Media xəbər verir ki, dietoloqlar onlara sağlam alternativlər təklif edirlər.
“Bir çox insan stresi dadlı yeməklə azaldır. Bu baxımdan ən “effektiv” olanlar duzlu, yağlı və ya şirin məhsullardır”, - Kolumbiya Universitetinin psixiatrı doktor Dru Ramsi deyir. Ohayo Ştat Universiteti alimlərinin araşdırması göstərib ki, stress zamanı bəzi məhsulların müntəzəm istehlakı maddələr mübadiləsini xeyli yavaşladır və artıq çəkinin tez yığılmasına səbəb olur.
Buna görə də əsəbi halda bu qidaları yemək məsləhət görülmür. Əksinə, orqanizm və sinir sistemi üçün faydalı olan məhsullardan istifadə tövsiyə edilir.
Zərərli qəlyanaltıların siyahısını və onların sağlam alternativlərini təqdim edirik:
Ponçiklər və pirojnalar - Xüsusilə çoxlu krem və şirə ilə olan şirin bişirmələr qanda qlükoza səviyyəsinin kəskin yüksəlməsinə səbəb olur. Bu isə stress hormonu olan kortizolun ifrazını artırır. Nəticədə daha da əsəbiləşirsiniz.
Bunlara sağlam alternativ: darçın və bal ilə yulaf sıyığıdır. Bir kasa isti, şirin və ətirli yulaf sıyığı həm zövq verəcək, həm də mürəkkəb karbohidratlarla təmin edəcək. Darçın və bal “xoşbəxtlik hormonu” olan serotoninin ifrazını artırır, qanda şəkər səviyyəsi isə normada qalır.
Peçenye, krakerlər, duzlu qoz-fındıq - Bu məhsullar sizə artıq duzdan və mümkün ödemlərdən başqa heç nə verməyəcək.
Sağlam alternativ: duzsuz qoz-fındıq və ya təbii qara şokoladda badam. Şokolad əhval-ruhiyyəni yüksəldir, qoz-fındıqla birlikdə isə onu daha az miqdarda yemiş olursunuz.
Kartof çipsləri - Bu, bəlkə də mümkün olan ən zərərli məhsuldur. Cipslərin tərkibində yağ, duz və sürətli karbohidratlardan başqa demək olar ki, heç nə yoxdur. Üstəlik, çipslərin hazırlanmasında istifadə olunan dadlandırıcılar, boyalar və konservantlar da əlavə olunur və nəticədə olduqca qeyri-sağlam bir “kokteyl” alınır.
Sağlam alternativ: kartof çipsləri əvəzinə alma çipsləri yeyə bilərsiniz. Bəlkə o qədər dadlı deyil, amma sağlamlığınıza zərər verməyəcək.
Mokkaçino - Tərkibindəki kofein dozası və şəkər orqanizmin düşməni hesab olunur. Bu isti içki beş dəqiqəlik zövq versə də, sinir sistemi bir neçə saat ərzində həddindən artıq oyanıq qalır.
Sağlam alternativ: kakao və ya meyvə smuzisi. Südlü kakao və ya meyvə püre­si də dadlıdır və tərkibində kofedən qat-qat çox faydalı maddələr var.
Dondurma - Onun da tərkibində olanlar bişirmələrdə olduğu kimi qanda şəkər səviyyəsi və kortizolu artırır, stres daha da güclənir.
Sağlam alternativ: meyvə və giləmeyvə əlavə edilmiş soyudulmuş yoqurt.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью