Əsəd bu ölkədədir: ailəsi ilə birgə... Rəsmi

08.12.2024

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyanın devrilmiş prezidenti Əsəd və onun ailə üzvləri Moskvaya gəlib, Rusiya Federasiyası onlara sığınacaq verib.

News24.az Axar.az-a istinadla xəbər verir ki. bu barədə TASS Kremldəki mənbəyə istinadla məlumat yayıb.

“Əsəd və onun ailə üzvləri humanitar mülahizələrə əsaslanaraq, Rusiyaya gəlib və onlara sığınacaq verilib”, - agentliyin həmsöhbəti bildirib.

Əlavə edilib ki, Suriya silahlı müxalifətinin liderləri Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib.

Qeyd edək ki, bundan öncə Bəşər Əsədin olduğu İl-76 yük təyyarəsinin radarlardan itməsi səbəbindən qəzaya uğradığı və Əsədin öldüyü ehtimalı yayılmışdı.

Suriya müxalifəti Dəməşqi bu gün ələ keçirərək, Əsəd rejiminin devrildiyini elan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью