Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Britaniyanın “San” nəşri məlumat yayıb ki, Moskvada Suriyanın devrilən prezidenti Bəşər Əsədə qarşı sui-qəsd cəhdi edilib.
İddia olunur ki, Əsədi zəhərləyərək öldürmək istəyiblər:“Əsəd şiddətli şəkildə öskürməyə və boğulmağa başlayıb.
Dərhal həkimə müraciət edilib”.Əsədin evində müalicə olunduğu və vəziyyətinin bazar ertəsi stabilləşdiyi vurğulanıb.
Bildirilib ki, analizlər bədənində zəhər olduğunu göstərib.Qeyd edək ki, Britaniya nəşri xəbərlə bağlı heç bir rəsmi mənbəyə istinad etməsə də, Rusiyadan bu iddiaya heç bir reaksiya verilməyib.Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Britaniya nəşrinin bu haqda verdiyi məlumatların müəyyən dərəcədə doğru olma ehtimalı yüksəkdir:"Çünki bu cür informasiyalarda həqiqət payı adətən olur.
Əgər bu məlumatlar həqiqətə uyğundursa, ortaya maraqlı bir sual çıxır: belə hadisələr necə baş verir?İki əsas ehtimal var:Birincisi, hadisə xarici xüsusi xidmət orqanlarının təşkil etdiyi bir əməliyyat ola bilər.Ikincisi bu, müəyyən maraq qruplarının daxili və xarici siyasətdə öz üstünlüklərini təmin etmək məqsədilə planlaşdırdığı bir addım ola bilər.Rusiyada bəzi dairələr qərblə münasibətləri normallaşdırmağa çalışır.
Lakin hazırkı hakimiyyətin siyasətinə narazılıq edən oliqarxlar da mövcuddur.
Xüsusilə yəhudi əsilli oliqarxlar, sanksiyaların onların qərbdəki sərvətlərinə və biznes maraqlarına zərər verdiyini düşünərək, indiki vəziyyətdən narazıdırlar.