Əsəd devriləndən sonra ölkəsinə qayıdan suriyalıların sayı açıqlandı

03.01.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2024-cü il dekabrın 8-də Bəşər Əsədin devrilməsindən sonra qonşu ölkələrdən vətəninə qayıdan suriyalıların sayını açıqlayıb.

Ölkə.Az xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 8 dekabrdan bu yana 115 mindən çox suriyalı ölkəsinə geri dönüb.

Suriyalı qaçqınların Türkiyə, İordaniya və Livan kimi ölkələrdə məskunlaşdığı bildirilir.

Billurə Yunus
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью