Redaktor.az saytına istinadən Icma.az xəbər verir. İsraildə yayımlanan Yedioth Aharonot qəzeti, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin dev
Redaktor.az xəbər verir ki, məlumata görə, Əsəd İsraillə WhatsApp vasitəsilə əlaqə quraraq rejiminə qarşı tətbiq olunan beynəlxalq sanksiyal
Qəzet yazır ki, İsrailin kəşfiyyat təşkilatı Mossad uzun müddət Əsəd və onun yaxın ətrafı ilə təmasda olub.
İsrailin gizli əməliyyatlar apararaq Əsəd rejiminin yüksək vəzifəli şəxsləri ilə əlaqə qurduğu bildirilir.
Məlumata görə, mesajlar WhatsApp-da “Musa” adı ilə fəaliyyət göstərən İsrailli kəşfiyyat agentləri vasitəsilə göndərilib və bu mesajlar Dəməşqdəki yüksək vəzifəli rəsmilərə çatdırılıb.
Beləliklə, Əsəd illərlə İsraillə gizli əlaqə saxlayıb. Əsədin İsraillə əməkdaşlıq etmək üçün təkliflər irəli sürdüyü də iddia olunub.
İddiaya əsasən, o, rejiminə qarşı tətbiq olunan beynəlxalq sanksiyaların ləğvi müqabilində Livana silah tədarükünü dayandırmağa hazır olduğunu bildirib.
Əsəd devrildikdən sonra onun gizli əlaqələri üzə çıxmağa başlayıb.