Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq. Avropa Birliyi (AB) Suriyada baş verən hadisələrə münasibət bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas X-də yazıb.
O bildirib ki, Bəşər Əsəd hakimiyyətinin sonu çoxdan gözlənilən hadisə idi: “Bu, həm də Əsədin dəstəkçiləri olan Rusiya və İranın zəifliyini göstərir.
Bizim prioritetimiz regionda təhlükəsizliyi təmin etməkdir. Mən Suriyada və regionda bütün konstruktiv tərəfdaşlarla işləyəcəyəm”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.