Əsəd haradadır?

08.12.2024

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriya hökuməti Prezident Bəşər Əsədin harada olduğunu bilmir.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Məhəmməd Qazi Əl-Cəlali “Al Arabiya”ya açıqlama verib.

Suriya döyüşçülərinin rəhbərləri ilə danışıqlar apardığını açıqlayan Baş nazir, sonuncu dəfə Bəşər Əsədlə dekabrın 7-də axşam əlaqə saxladığını bildirib. 

Əl-Cəlalinin sözlərinə görə, Suriya nazirlərinin əksəriyyəti Dəməşqdə qalır. Baş nazir həmçinin qeyd edib ki, hökumət qüvvələrinə tabe olan müdafiə nazirliyinin fəaliyyət göstərib-göstərmədiyini də bilmir.

Qeyd edək ki, bundan öncə “Reuters” Bəşər Əsədin ölkəni tərk etdiyini yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью