Əsəd haradadır?

08.12.2024

Manset saytından alınan məlumata görə, Icma.az bildirir.

Suriya hökuməti Prezident Bəşər Əsədin harada olduğunu bilmir.

Manset.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Məhəmməd Qazi Əl-Cəlali “Al Arabiya”ya açıqlama verib.

Suriya döyüşçülərinin rəhbərləri ilə danışıqlar apardığını açıqlayan Baş nazir, sonuncu dəfə Bəşər Əsədlə dekabrın 7-də axşam əlaqə saxladığını bildirib. 

Əl-Cəlalinin sözlərinə görə, Suriya nazirlərinin əksəriyyəti Dəməşqdə qalır. Baş nazir həmçinin qeyd edib ki, hökumət qüvvələrinə tabe olan müdafiə nazirliyinin fəaliyyət göstərib-göstərmədiyini də bilmir.

Qeyd edək ki, bundan öncə “Reuters” Bəşər Əsədin ölkəni tərk etdiyini yazıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью