Əsəd ilk dəfə Suriyadan necə getdiyini şərh edib

16.12.2024

Icma.az, Anews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd ölkədən uçuşunu ilk dəfə şərh edərək, dekabrın 8-i səhərə qədər Dəməşqdə qaldığını bildirib. Bu barədə Ria Novosti Bəşər Əsədə istinadla yazıb. 
Əsəd həmin axşam Suriya ərazisini tərk etdiyini də əlavə edib.
Eks-prezident əlavə edib ki, müxalifətin hücumu olduğu günlərdə istefa vermək və başqa ölkələrdən sığınacaq istəmək fikri olmayıb. Onun sözlərinə görə, paytaxtın süqutunu Dəməşqdən yeni gəldiyi Xmeymimdə öyrənib.
Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. "Reuters”in verdiyi məlumata görə, Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin "bitdiyini” açıqlayıb.
Aytac 
www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью