Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Suriyada bütün hərbi bazaları çıxarıldıqdan sonra Rusiya öz geopolitik hədəflərini yalnız Ermənistan üzərində indeksləşdirmək məcburiyyətində qala bilər...
Cənubi Qafqazdakı mövqelərini Azərbaycan-Türkiyə İttifaqına təhvil verməkdə olan Rusiya üçün Qərbin nəzarəti altına düşən Ermənistan indi yeganə regional istinad məkanına çevrilmək üzrədir...
Suriyada Bəşər Əsəd rejiminin çökməsi Ermənistan cəmiyyətində də neqativ əhval-ruhiyyə yaradıb.
Suriyanı beynəlxalq məkanda təmsil edən Əsəd rejimi Ermənistan üçün geopolitik əhəmiyyət daşıyırdı.
Çünki Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd ərəb dünyasında Ermənistanın ciddi dəstəkçilərindən biri kimi tanınırdı.
Və artıq Suriyanın öz xalqına zülm etmiş diktatoru hakimiyyətdə deyil, son anda ölkədən qaçmağa imkan taparaq, Rusiyaya sığınmaq məcburiyyətində qalıb.
Ancaq nə qədər qəribə də olsa, Ermənistan cəmiyyətində yaşayan təlaş əslində, sadəcə, ermənipərəst diktatorun devrilməsi ilə bağlı deyil.