Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin müşaviri Luna əş-Şibillə Rusiya Prezidenti Vladimir Putini müzakirə etdiyi görüntüləri ortaya çıxarıb.
Axar.az xəbər verir ki, görüntülər "Əl Ərəbiyyə" telekanalı tərəfindən təqdim edilib.
Luna əş-Şibil: “Putinin necə şişkin göründüyünü gördünüz?”
Əsəd cavab verir: “Bunların hamısı plastik əməliyyatdandır”.
Görüntülər Bəşər Əsədin hakimiyyətdə olduğu dövrdə çəkilib.