Əsəd qaçdısa, Putini də qovmaq olar Landsbergis

09.12.2024

Icma.az bildirir, Axar.az portalına istinadən.

Suriyada baş verənlər Ukraynada Rusiyanı məğlub etmək ehtimalından xəbər verir.

Axar.az xəbər verir ki, bu barədə vəzifəsini tərk edən Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib.

Landsbergisin fikrincə, Suriyadan gələn xəbərlər sübut edir ki, Rusiyaya qalib gəlmək olar:

"Suriya nümunəsi göstərir ki, Rusiyanı qovmaq olar və o öz evinə qayıdacaq. Baltikyanılılar haqlı idilər, Qərb qalib gəlmək üçün kifayət qədər güclüdür. Ukraynada və ya başqa yerlərdə fəsad törədən “ayıdan” qorxmaq lazım deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью