Əsəd qüvvələri bu əraziləri tərk edir, bu kəndlər də ələ keçirildi

06.12.2024

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriyada rejimin təhlükəsizlik qüvvələrinin Haseke və Qamışlıdan geri çəkilmək üzrə olduğuna dair xəbərlər yayılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Suriya Milli Ordusu (Azad Suriya Ordusu) Hələbin şərqindəki Cirah bazası yaxınlığında yerləşən Tayha, Əziziyə, Naim və Kiban kəndlərinə nəzarəti ələ keçirib.

Menbiçin cənub hissəsində də Azad Suriya Ordusu qüvvələri ilə YPG/PKK terrorçuları arasında toqquşmaların olduğu bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью