Əsəd rejimi çökəndən sonra Türkiyədən Suriyaya qayıdan qaçqınların sayı açıqlanıb

09.01.2025

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Bəşşar Əsəd rejiminin devrilməsindən bu yana Türkiyədən 52 min 622 suriyalı öz ölkəsinə qayıdıb.

“Report”un xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Qeyd edək ki, Suriyada 61 illik Ərəb Sosialist Dirçəliş Partiyası (BƏƏS) 12 dekabr 2024-cü ildə süqut edib. Bundan sonra Türkiyədə yaşayan suriyalı qaçqınlar öz ölkələrinə qayıtmağa başlayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью