Əsəd rejimi ilə rejim əleyhdarları arasında TOQQUŞMA

27.11.2024

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Suriyada Hələb vilayətinin kənd yerlərində Bəşər Əsəd rejimi ilə rejim əleyhinə olan hərbi qrup  arasında toqquşma olub.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, səhər başlayan qarşıdurmalarda hərbi qrup Hələbin qərb çölündə Əsəd rejiminin nəzarətində olan Kefer Besme kəndi, Akil təpəsi, Əl Ragib təpəsi, Küptan dağı və Debbabat təpəsini ələ keçirib. 

Münaqişə zamanı Əsəd rejimi qurudan-yerə silahlarla mülki yaşayış məntəqələrini hədəfə alıb.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью