Əsəd rejimini bu iki ölkə devirdi HayaKve

15.12.2024

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Əsədlə onun rəqibləri arasında 12 ildən çox davam edən qarşıdurma sadəcə 12 günə başa çatıb. Zəif olan Əsəd hökuməti fəlakətin qarşısını almaq üçün heç bir addım atmadı”.

Globalinfo.az xəbər verir ki, bu fikirlər Ermənistanın “HayaKve” təşəbbüs qrupunun paylaşımında qeyd olunub.

“Mübarizəni davam etdirmək və daha çox düşmən qazanmaq Bəşər Əsədə lazım idi? 2020-ci ildə çox az iş görən Əsəd rejimini bu qədər dəstəkləməyin mənası var idimi? Əsəd atəşkəsdən sonra, xüsusən rus qoşunlarının həddindən artıq genişləndiyi bir şəraitdə ölkəsini inkişaf etdirmək üçün heç bir addım atmadı”, – məlumatda qeyd edilir.

“Hayakve” iddia edib ki, Əsəd rejiminin devrilməsində iki ölkə – ABŞ və Türkiyə rol oynayıb.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью