Əsəd rejiminin daha bir insan qəssabxanası: Dəhşətli görüntülər

15.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Dəməşqdə Bəşər Əsəd rejiminin "Əl-Məzə" hərbi həbsxanasında qeyri-insani şəraitə malik kamera və otaqları əks etdirən görüntülər paylaşılıb.  

Görüntülər sosial şəbəkələrdə insanları dəhşətə salıb. 

"Cebheinfo.az"-ın məlumatına görə, həbsxana Əsəd hökumətinə müxalif məhbuslara işgəncələri ilə məşhurdur. Görüntülərdə zindan divarlarında Quran surələrinin, eləcə də təqvimin yazıldığı diqqət çəkir. Kameraların döşəməsində kuklaların, boşqab və yeməklərin olduğu da görünür. 

Məlumata görə, birnəfərlik kameralarda 6-8 nəfər, 10 nəfərlik kamerada isə 80-ə yaxın adam saxlanılıb. Azadlığa buraxılan məhbuslar zindanda ağır şəraitdə yaşadıqlarını və zorakılıqlara məruz qaldıqlarını bildiriblər. 

https://t.me/AzadIranTelegram/45605

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью