Icma.az bildirir, Oxu.az portalına istinadən. "İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) generalları Əsəd rejiminin süqutundan qəzəblənirlə
Onlar İranın regionda nüfuzunu itirəcəyinə görə bir-birlərini günahlandırırlar".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "The Telegraph" SEPAH-ın adı açıqlanmayan rəsmisinə istinadla bildirib.
Onun sözlərinə görə, heç kim Bəşər Əsədin qaçacağını düşünməyib.
İran İsrail və "Hizbullah"la yaxınlığını qorumaq üçün onu hakimiyyətdə saxlamağa çalışıb.
"İran Əsəd rejimini dəstəkləmək üçün milyardlarla dollar xərcləyib.
Suriya Bəşər Əsəd rejimi dövründə İrandan "Hizbullah"a silah təchizatı üçün əsas marşrut olub...
SEPAH daxilində bir sıra rəsmilər Qüds qanadının komandanı İsmayıl Kaanini günahlandırır, çünki, o, Əsəd ordusunun dağılmasına imkan verib.