Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Suriya Prezidenti Bəşər Əsədin ölkəsindən necə qaçması ilə bağlı bir sıra detallar açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" informasiya agentliyi anonim mənbələrə istinadən yazıb.
Nəşr yazır ki, Rusiya kəşfiyyatı Əsədi müxalifətə məğlub olduğuna inandırıb.
Onun ölkədən qaçması Suriyadakı Rusiya aviabazasından təşkil edib.
Bildirilir ki, Əsəd Rusiya kəşfiyyatçılarının köməyi ilə ölkədən qaça bilib. Əsədin təyyarəsinin izlənilməməsi üçün transponder söndürülüb.
Mənbələr deyir ki, Əsədə ölkəni tərk etmək üçün təhlükəsiz yol təklif edilib.
Rusiya xarici işlər nazirinin müavini Ryabkov eks-prezidentin hazırda təhlükəsiz yerdə olduğunu açıqlayıb.