Əsəd Suriyadan necə qaçıb? TƏFƏRRÜAT Yeni Çağ Media | Icma.az
Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq. Suriya prezidenti Bəşər Əsəd Rusiya kəşfiyyatçılarının köməyi ilə ölkədən qaça bilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” anonim mənbələrə istinadən məlumat yayb.
Qəzetin yazdığına görə, Rusiya kəşfiyyatı Əsəd və ailəsini Suriyadakı Rusiya aviabazasından keçirib.
Əsədin gedişi zamanı onun təyyarəsinin transponderi söndürülüb ki, onu izləmək mümkün olmasın.
“Bloomberg”in üç mənbəsi qeyd edib ki, Rusiya kəşfiyyatı Əsədi silahlı üsyançılara qarşı mübarizədə uduzacağına inandırıb.
Ona “dərhal” razılaşarsa, təhlükəsiz şəkildə getməyi təklif ediblər.
Noyabrın 28-də silahlı Suriya müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçib.
Hələb şəhərini ələ keçirərək, növbəti həftə yarım ərzində Homs, Həmanı işğal ediblər və Suriyanın paytaxtı Dəməşqə yaxınlaşıblar.
Tam oxu
Xəbəri oxu