Əsəd tərəfdarları hökumət qüvvələrini atəşə tutdu

01.04.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriyanın təhlükəsizlik qüvvələrinin patrulu Dəməşq yaxınlığındakı Nəchə kəndində keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları tərəfindən atəşə tutulub.

Axar.az xəbər verir ki, bu barədə Suriyanın keçid hökumətinin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, toqquşma nəticəsində iki silahlı öldürülüb, bir neçəsi isə yaralanıb.

Onlardan bəziləri qaça bilib.

Hadisədən sonra patrul əlavə qüvvələrlə gücləndirilib, ərazi mühasirəyə alınıb.

Hücum edənlərin tərk etdiyi silah və sursatlar ərazidə aşkarlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью