Əsəd tərəfdarları Latakiyada qiyam qaldırdı

07.03.2025

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Devrilmiş prezident Bəşər Əsədi dəstəkləyən ələvilərin üsyanı Suriyanın keçid hakimiyyətini Dəməşqdən Latakiyaya əlavə qoşun göndərməyə məcbur edib. SİA xəbər verir ki, bu barədə Dəməşqdəki mənbələrə istinadla "Al Hadath" telekanalı məlumat yayıb. Bildirilib ki, Ez-Ziraa rayonunda Suriyanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları ilə respublikanın keçid hökumətinin silahlı qüvvələrinin xüsusi təyinatlılarının döyüşçüləri arasında şiddətli atışma olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью