Əsəd Türkiyə hava məkanından istifadə etmədi

11.12.2024

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd müxalifətin bir çox şəhəri ələ keçirməsindən sonra Rusiya prezidenti Vladimir Putinin icazəsi ilə Rusiyanın paytaxtı Moskvaya gedib.

Turkustan.az xəbər verir ki,Türkiyə dövlət rəsmilərinin verdiyi məlumata görə, Bəşər Əsədi daşıyan təyyarə Türkiyə hava məkanından istifadə etməyib.

Mənbələr Türkiyə hava məkanından istifadənin icazəyə tabe olduğunu, Əsədi Rusiyaya aparan təyyarənin Türkiyə tərəfdən Türkiyə hava məkanından istifadə üçün icazə istəmədiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью