Əsəddən sonra 35 mindən çox qaçqın Türkiyədən Suriyaya qayıdıb

31.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Suriyada hakimiyyət dəyişikliyindən sonra 35 mindən çox suriyalı qaçqın Türkiyədən vətənlərinə qayıdıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya NTV telekanalının efirində bildirib.

“Dekabrın 8-dən dekabrın 29-dək Türkiyədən Suriyaya 35 114 qaçqın qayıdıb. Əsasən Hələbə gündə təxminən 1,7 min insan qayıdıb”, - deyə o bildirib.

O, həmçinin Türkiyənin Dəməşqdəki səfirliyində qaçqınlarla iş üzrə nümayəndəliyin açılmasının nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə təxminən 2,9 milyon suriyalı qaçqın var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью