Əsəddən sonra Dəməşq küçələri FOTOLAR

08.12.2024

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Silahlıların Suriyada hakimiyyəti ələ keçirməsindən sonra paytaxt Dəməşdə komendant saatı tətbiq edilib.

Modern.az-ın məlumatına görə, "Reuters" agentliyi şəhərdən fotolar yayımlayıb.

Bildirilir ki, paytaxtda nisbi sakitlik hökm sürür.

Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb. Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd və ailəsi Rusiyaya sığınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью