Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Suriyada Bəşər Əsədin hakimiyyəti süqut edərkən, İran hakimiyyəti üsyançıların 2 həftədən az müddətdə ölkə boyu irəliləyərək şəhərləri bir-bir ələ keçirməsini təəccüb və şok içində seyr edib.Reyting.az xəbər verir ki, bu barədə “Middle East Eye” yazıb.Britaniya nəşrinin təhlilində qeyd olunur:İrandan olan bir mənbə bildirib ki, Tehran Suriya ordusunun bu qədər tez səpələnəcəyini gözləmirdi.
Lakin “Hizbullah” döyüşçüləri Livanda İsrailə qarşı döyüşmək üçün Suriyanı tərk etdikdən sora üsyançıların nəzarətində olan ərazilərlə sərhədlərdə yerləşən 15 və ya daha çox nəzarət-buraxılış məntəqəsi boş qalıb, Suriya ordusu onlara nəzarət etməyib.Rəsmi Tehrana yaxın başqa bir mənbə, son bir neçə ayda İran və “Hizbullah”ı hədəf alan İsrailin müntəzəm hava reydlərinə istinad edərək bildirib: “Biz heç nə təklif edə bilmədik, çünki səma İsrailin əlində idi.
Hətta Əsədin süqutundan bir gün əvvəl yüksək səviyyəli məmurlar müqəddəs yerləri qorumağa çağırdılar və onları qorumaq üçün qüvvələr göndərməyə cəhdlər edildi, lakin bu cəhdlər uğursuz oldu”.Dekabrın 7-də üsyançılar Dəməşqə yaxınlaşarkən İran dövlət televiziyası “səsini” dəyişdi.
O, üsyançıları “silahlı qruplar” adlandırmağa başladı, halbuki bir gün əvvəl onlar “terrorçu” idilər.Əsədin müdafiəsi çökəndə İran mediası “Heyət Təhrir əl-Şam”dan (HTŞ) Suriyadakı müqəddəs şiə ziyarətgahlarının təhqir olunmayacağına dair İranın zəmanət aldığını bildirən bir məlumat sızdırdı.Məlumatın sızması dindar təbəqənin və quruluş tərəfdarlarının təzyiqlərini azaltmaq məqsədi daşıyırdı.
Xəbəri daha sonra İran rəsmiləri də təsdiqləyib.Kor qəzəbİranda reaksiyalar qarışıq idi.Əsasən İslam Respublikasının dindar və qatı tərəfdarları olan bir qrup insan quruluşun yetərincə iş görmədiyinə inanır və hətta prezident Məsud Pezeşkianın islahatçı hökumətini Qərb və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Əsədə dair razılaşma əldə etməkdə ittiham edir.Üstəlik, onların fikrincə, əvvəllər “Əl-Qaidə” ilə əlaqəsi olan HTŞ-nin daha mötədil imic nümayiş etdirmək cəhdlərinə baxmayaraq, qrup ideoloji təhlükə olaraq qalır.Digərləri, o cümlədən İran cəmiyyətinin əhəmiyyətli hissəsi, xüsusən də islahatçılar hesab edirlər ki, bu, İran üçün məcburi, lakin müsbət nəticədir, Livanda ağır zərbə alan “müqavimət oxu”nu sanksiya və gərginlikdən qoruyur.Adının açıqlanmasını istəməyən yüksək səviyyəli islahatçı jurnalist MEE-yə deyib: “Axmaq və dini mahiyyətli xarici siyasəti İrana baha başa gəlib.
Strateji dərinliyimiz nə Suriya, nə də Livandır. İslam Respublikası İslam ümmətini milli təhlükəsizlik və maraqlardan üstün tutur.
Milli maraqlarımıza əsaslanaraq, biz İsrail kimi ölkələrə düşmən yox, rəqib kimi baxmalıyıq. Bu, bir çox problemlərimizi həll edərdi.