Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Suriyada hakimiyyət dəyişikliyindən sonra 35 mindən çox suriyalı qaçqın Türkiyədən vətənlərinə qayıdıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
“Dekabrın 8-dən dekabrın 29-dək Türkiyədən Suriyaya 35 114 qaçqın qayıdıb. Əsasən Hələbə gündə təxminən 1,7 min insan qayıdıb”, - deyə o bildirib.
Türkiyədə təxminən 2,9 milyon suriyalı qaçqın var.