Əsədə ağır zərbə: növbəti hücum bu şəhərə olacaq! | Icma.az
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir. 3 günə Hələb, 9 günə Həma silahlı müxalifətin əlinə keçdi.
“Heyət Təhrir əş-Şam” (HTŞ) və Suriya Milli Ordusu (Azad Suriya Ordusu) Həma şəhərinə daxil oldu.
Suriya Silahlı Qüvvələri rəsmən bəyan etdi ki, Həma təslim oldu.
Həmanın əldən çıxması Əsədə çox ağır zərbədir və görünən odur ki, Suriya ordusu ciddi müqavimət göstərmək gücündə deyil.
HTŞ və SMO-nun Həmadan paylaşdığı şəkillərdən görünür ki, şəhərin daxilində döyüşlər olmayıb, Suriya rejim qüvvələri müqavimətin mənasızlığını görərək geri çəkilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.
O bildirib ki, Həma Bəşər Əsədə son dərəcədə qeyri-loyal şəhərdir və Həmadan müxalif qüvvələrə qoşulan insanların sayı çox olacaq: “Daha bir vacib məsələ ondan ibarətdir ki, Həmanın nəzarətə götürülməsi ilə Rusiya bazalarının (Hmeymim və Tartus) loqistikası müxalif qüvvələrin atəş radiusuna düşür.
Başqa sözlə, müxaliflər Həmadan rusların maddi-texniki təminatını hədəfə ala bilərlər.
Tam oxu
Xəbəri oxu