Əsədi Moskvada görün nələr qarşılayıb İnanılmaz

09.12.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Suriya Prezidenti Bəşər Əsədin qohumları fərqli illərdə “Moskva siti” kompleksində 19, “Şəhərlərin paytaxtı” kompleksində 18, “Federasiya” qülləsində isə 1 mənzil alıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Financial Times” qəzeti yayıb.

Məlumata görə, Əsədlərin Moskvadakı mənzillərinin dəyəri 40 milyon dollar hesab edilir. Sənədlərə əsasən, devrilmiş suriyalı liderin ailə üzvləri əmlakları 2013-cü ildən almağa başlayıb. Bu obyektlərdən 13-ü Əsədin əmisi oğlu Əsəd Hafiz Maxlufa məxsus olub. İkisi isə Bəşər Əsədin digər əmisi oğlu Rami Maxlufun həyat yoldaşının adına qeyd edilib.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью