Əsədin atasının məzarına od vurdular

11.12.2024

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Suriyada bir qrup silahlı şəxs Bəşər Əsədin atasının məzarını yandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Bəşər Əsədin atası Hafiz Əsəd 1971-2000-ci illərdə Suriyanın prezidenti olub.

Bəşər Əsəd dekabrın 8-də ölkəni tərk edərək Rusiyaya gedib və oradan sığınacaq alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью