Əsədin Böyük Britaniyada 69,4 milyon dollar var

15.12.2024

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriyada müxalifət tərəfindən devrilmiş Bəşər Əsədin Londondakı bank hesabında 69,4 milyon dollar var. 2011-ci ildən bəri dondurulmuş hesaba faizlər yığılır.

“Sherg.az” xəbər verir ki, Britaniya mətbuatının bank sektorundan olan mənbələrə əsaslanan xəbərinə görə, devrilmiş lider Bəşər Əsədin Londonda dondurulmuş bank hesabında 55 milyon funt-sterlinq (69,4 milyon dollar) var.

Xəbərə görə, Əsədin şəxsi hesabına 2011-ci ildə Britaniya sanksiyaları ilə dondurulandan bəri faizlər artır.

Bankdakı pullar Əsəd ailəsi və Britaniyadakı müttəfiqlərinin əlində olan təxminən 163 milyon funt-sterlinq (205,7 milyon dollar) aktivin bir hissəsidir.

Müxaliflər Dəməşqi ələ keçirdikdən sonra Əsəd və ailəsi Moskvaya qaçıb.

Britaniyanın Teleqraf qəzeti ötən həftə Rusiyada Əsəd ailəsini çox dəbdəbəli həyatın gözlədiyini yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью