Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Suriya prezidenti Bəşər Əsəd Rusiya kəşfiyyat xidmətlərinin köməyi ilə ölkəni tərk edib, vəziyyətlə tanış olan mənbələr bildiriblər.
Lent.az bildirir ki, “Bloomberg”in məlumatına görə, qaçmaq qərarı Moskva ilə məsləhətləşmələrdən sonra qəbul edilib və Əsədə üsyançılara qarşı mübarizədə qaçılmaz məğlubiyyət barədə xəbərdarlıq edilib.
Suriyada vəziyyətin sürətlə pisləşməsindən xəbər tutan Rusiya prezidenti Vladimir Putin xüsusi xidmət orqanlarından Əsədin hakimiyyətinə təhlükənin niyə vaxtında müəyyən edilmədiyini izah etməyi tələb edib.
Mənbələr bildirir ki, Kreml Suriya lideri və onun ailəsinə təhlükəsizlik zəmanəti və ölkəni dərhal tərk edəcəyi təqdirdə nəqliyyat təklif edib.
Qaçışın təşkili Rusiya kəşfiyyatına həvalə edilib. İnsayderlərin dediyinə görə, Əsəd və ailəsi Suriyadakı Rusiya aviabazasından keçərək tran
Bu arada “Əl-Ərəbiyyə” suriyalı mənbələrə istinadən xəbər verir ki, qaçışdan yalnız Əsədin həyat yoldaşı və uşaqları xəbər tutub.
Onun yaxın çevrəsinin bir neçə üzvü, o cümlədən qardaşı Mahır və əmisi oğlu Rami Maxlouf itkin düşüb.