Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Suriyada proseslər Bəşər Əsədin devrilməsi və dövlətin süqutu ilə nəticələnsə, bu hadisə regionda parçalanma və dağıntılara səbəb olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu deyib.
Ekspert bildirib ki, Yaxın Şərq ölkələrinin hazırkı sərhədləri böyük ölçüdə Qərb dövlətləri tərəfindən çəkildiyi üçün kövrəkdir, dağılmağa çox meyillidir: "İraq nümunəsi bunu göstərdi.
Əgər Suriyada proseslər Bəşər Əsədin devrilməsi və dövlətin süqutu ilə nəticələnsə, o zaman bu hadisə regiona təsir edəcək.
Çünki əvvəla nəzarətdən kənar silahlı qruplar bölgə üçün təhdid yaradacaq və nizam yaratmaq zaman alacaq.
İkincisi, ölkə daxilində parçalanma baş verə, yeni ərazilər meydana çıxa bilər.
Kürdlər böyük ehtimalla muxtariyyət əldə edəcək ki, bu da digər region ölkələrinə - İraq, Türkiyə və İrana da təsir edəcək.