Icma.az bildirir, Olke.az portalına istinadən. Əsəd rejimin devrilməsindən sonra Yaxın Şərqdə yaranan yeni reallıqlar birbaşa və dolayısı il
Suriyada və Yaxın Şərqdəki əsas aktorların Cənubi Qafqazdakı marağını da nəzərə alsaq, o zaman mənzərə tam aydın olar.
Yaxın Şərqin əsas oyunçuları hesab edilən ABŞ, Türkiyə, İsrail, Rusiya, İran, Avropa İtttifaqı və digərlərinin Cənubi Qafqazda çox böyük maraqları var və bu maraqlarını təmin etmək uğrunda ciddi mübarizə aparırlar.
Suriyadakı son hadisələrdən sonra Yaxın Şərqdə Türkiyənin rolu əhəmiyyətli dərəcə artdığından növbəti mərhələdə bu rolun digər yaxın bölgələrə də öz təsirini göstərəcəyi istisnasızdır.
Ankaranın Suriyada mövqeyinin möhkəmlənməsi birmənalı şəkildə Cənubi Qafqazda, Mərkəzi Asiya, Afrikada, xüsusən də Şimali Afrika, Sahel bölgəsində, Avropada geosiyasi təsir imkanlarının daha da artmasına geniş imkanlar yaradacaq.
İkinci Qarabağ savaşından sonra Ankaranın nəinki Cənubi Qafqazda, Mərkəzi Asiyada da təsir imkanları genişlənməkdədir.
Ankaranın Avrasiya və Afrikada ciddi oyunçu və açar ölkə rolunda çıxış etməsi isə strateji müttəfiqi olan Azərbaycanın da tamamilə maraqlarına cavab verir.
Bu eyni zamanda Bakının bölgədə və digər bölgələrdə nüfuzunun artmasına, qarşısında duran hədəflərə nail olunmasına yeni imkanlar yaradır.