Əsədin devrilməsindən sonra Suriyaya gedən ilk avropalı NAZİRLƏR

03.01.2025

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Almaniya və Fransanın xarici işlər nazirləri Annalena Berbok və Jan-Noel Barro Dəməşqə səfər ediblər.

Modern.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Nazirlər Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şara ilə danışıqlar aparacaqlar.

“Əsədin ağrılı hakimiyyəti başa çatıb. Yeni bir fəsil açılıb, lakin hələ yazılmayıb”, - xanım Berbok səfərdən əvvəl deyib. Nazirin sözlərinə görə, Avropa ilə Suriya arasında “yeni siyasi başlanğıc” mümkündür.

Qeyd edək ki, Annalena Berbok və Jan-Noel Barro Bəşər Əsədin istefasından sonra Suriyaya səfər edən ilk Avropa nazirləridir. Əhməd əl-Şaranın rəhbərlik etdiyi qüvvələr dekabrın 8-də Suriyada hakimiyyəti ələ keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью