Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Suriya Prezidenti Bəşər Əsədin devrilməsindən sonra İsrail qüvvələri ölkə boyu 800-ə yaxın hava hücumu həyata keçirib.
“Cebheinfo.az” bu barədə “Əl-Cəzirə”-yə istinadən xəbər verir.
Qətər mətbuatının məlumatına görə, son 12 saat ərzində İsrailin 60-dan çox hava hücumu həyata keçirilib.
İsrail Əsəd rejiminin devrilməsinin ilk saatlarından az sonra Suriyanı bombalamağa başlayıb.
Dəməşq və ətraf ərazilər İsrailin hava hücumlarının diqqət mərkəzindədir.
Ötən gecə İsrail qüvvələri Dəməşq ərazisində sursat anbarlarına və hava hücumundan müdafiə sistemlərinə hücum edib.
Zərbələr həmçinin ölkənin cənubundakı Dəra əyalətində və Dəməşqin 80 km şimalında yerləşən Homsda bəzi sursat anbarlarına endirilib.