Əsədin ekstradisiyası Putin və Əş Şaraanın danışıqlarında müzakirə olunmayıb

29.01.2026

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyası Rusiya Prezidenti Vladimir Putinin suriyalı həmkarı Əhməd Əş-Şaraa ilə danışıqlarında qaldırılmayıb.

"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O, görüşdə əsas diqqətin ikitərəfli ticari-iqtisadi münasibətlərə və onların inkişafına yönəldiyini deyib: "Potensial kifayət qədər genişdir və maraq qarşılıqlıdır".

"Rusiya hərbi bazalarına gəlincə, bu mövzu danışıqların gündəliyində olub", - deyə Peskov təfərrüatları açıqlamaqdan imtina edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью