Əsədin müharibə cinayəti: Generalın səs yazısı..

24.01.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

"Əl-Cəzirə" kanalı Suriyada Əsəd rejiminin törətdiyi müharibə cinayətlərini əldə etdiyi səs yazıları və sənədlərdən istifadə edərək ifşa edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, keçmiş rejimin vacib isimlərindən sayılan general-mayor Bassam əl-Həsənin səs yazısı ortaya çıxıb. Səs yazısında əl-Həsən kimyəvi silahdan istifadə əmrinin şəxsən Bəşər Əsəd tərəfindən verildiyini açıqlayır.

Vurğulanıb ki, əl-Həsən əmri Badi Əliyə çatdırıb və o da öz növbəsində kimyəvi silah bölməsinin rəisi, briqada generalı Həsən Abbasla əməkdaşlıq edərək hücumu koordinasiya edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью