Əsədin müttəfiqləri qiyama hazırlaşır | Icma.az
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq. Suriyada sabiq kəşfiyyat rəhbəri Kamal Həsən və keçmiş prezident Bəşər Əsədin əmisi oğlu
Modern.az xəbər verir ki, bu barədə Reuters geniş araşdırmasında məlumat yayıb.
Agentliyin yazdığına görə, Həsən və Mahluf Suriya rejiminin süqutundan əvvəl yaradılmış 14 yeraltı silah anbarı üzərində nəzarəti ələ keçirmək uğrunda da mübarizə aparırlar.
Məqsəd illərlə dövlətin dayağı olmuş ələvi icması daxilində yenidən güc toplamaqdır.
Məlumata görə, Bəşər Əsəd qaçışdan sonra faktiki olaraq siyasi proseslərdən kənarlaşıb.
Onun ətrafındakı yüksəkçinli şəxslər isə təsirini itirməklə barışmır, lakin aralarında ciddi rəqabət hökm sürür.
Mənbələr bildirir ki, hazırda Kamal Həsən, Rami Mahluf və digər iddiaçılar Suriya və Livanda təxminən 50 min silahlı döyüşçü formalaşdırmaq üçün böyük maliyyə vəsaitləri yönəldirlər.
Bu döyüşçülərin əksəriyyəti ələvi icmasının nümayəndələridir.
Tam oxu
Xəbəri oxu