Əsədin “ölümü” ilə bağlı yayılan saxta xəbərin arxasında kim dayanıb? Zaxarova açıqladı

17.12.2024

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Əsədin ölkəni tərk edərkən təyyarə qəzasında ölməsi ilə bağlı yayılan saxta xəbərlərin arxasında Suriyada xaos istəyən ölkələr dayanıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, “Reuters”in həmin xəbəri klassik saxtakarlığın nümunəsi idi.

Rusiya XİN sözçüsü “Reuters”ə Əsədin ölümü ilə bağlı yaydığı saxta xəbərə təkzib verməyi tövsiyə edib.

“Əgər bu, saxta yox, səhv və ya jurnalist məsuliyyətsizliyinin nəticəsi olsaydı, o zaman təkzib verilərdi”, – deyə Zaxarova vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью