Əsədin sarayından Messi və Elizabet çıxdı FOTOLAR

11.01.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Suriyanın ötən ay devrilən lideri Bəşər Əsədin Latakiyada yerləşən sarayında axtarış aparılıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri tərəfindən aparılan araşdırma zamanı Əsəd ailəsinə məxsus diqqətçəkən əşyalar aşkarlanıb.

Malikanədə aparılan axtarışlar zamanı məşhur argentinalı futbolçu Lionel Messinin imzası olan forma tapılıb.

Sarayda, həmçinin qızılla örtülmüş qutularda xüsusi hazırlanmış bahalı hədiyyələr, Beynəlxalq Futbol Federasiyasının (FİFA) xüsusi mükafatları və İngiltərənin mərhum kraliça Elizabetin imzalı fotoşəkili də daxil olmaqla çoxlu dəbdəbəli əşyalar və qiymətli sənədlər aşkar edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью