Əsədin Suriyadan hansı yolla qaçdığı bəlli oldu

11.12.2024

Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.

Əsədin Suriyadan hansı yolla qaçdığı  bəlli oldu

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd onun Latakiya əyalətindəki Rusiyanın Xmeymim aviabazasına təhlükəsiz hərəkətini təşkil edən rus kəşfiyyatçılarının birbaşa köməyi ilə ölkədən qaça bilib. Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Mənbələr təsdiqləyiblər ki, Əsədin təyyarəsi üsyançıların edə biləcəyi hava hücumundan qorunmaq, müdafiə vasitələri ilə izlənilməməsi və vurulmaması üçün transponderləri söndürülmüş halda Dəməşqdən Xmeymim istiqamətinə uçub.

Dekabrın 8-də Əsədin naməlum istiqamətdə ölkəni tərk etdiyi bildirilir. Adı açıqlanmayan Suriya ordusunun yüksək rütbəli zabitləri onun təyyarəyə minərək Dəməşqdən havaya qalxdığını bildiriblər. “Flightradar 24” xidmətinin məlumatına görə, havaya qalxdıqdan bir müddət sonra təyyarə radarlardan itib.

Sonradan məlum olub ki, dekabrın 8-i axşam saatlarında Əsəd Moskvaya gəlib.

Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью