Əsədin Suriyadan qaçması ilə bağlı İrandan açıqlama

07.12.2024

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rizazadə Bəşər Əsədin ölkəni tərk etməsi ilə bağlı iddialara toxunub.

Turkustan.az xəbər verir ki, Rzazadə deyib ki, İranın dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Laricani dünən Suriyanın paytaxtı Dəməşqdə Əsədlə görüşüb və deyib: “Ümid edirik ki, Əli Laricaninin Dəməşqə səfəri ilə Suriyada siyasi həll tapılacaq".

O, həmçinin əlavə edib ki, Əsədin və ailəsinin Suriyanı tərk etməsi ilə bağlı iddialar doğru deyil.
İranın Suriyadan hərbi müşavirlərini geri çəkməsi ilə bağlı iddiaları da rədd edən Rizazadə, “Biz Suriyada bölgədən hərbi müşavirlərimizi geri çəkməmişik və Dəməşqdəki səfirliyimiz hələ də fəaliyyətdədir” - deyib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью