Əsədin təyyarəsi 05:29da bu bazadan raketlə vurulub

08.12.2024

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əsədin təyyarəsi Moskvaya uçan zaman vurulub.

Moderator.az  axar.az-a istinadən bildirir ki, bu iddia ilə "Bild" nəşri çıxış edib.

"Suriya ordusuna məxsus təyyarə yerli vaxtla saat 04:59-da Dəməşqdən havaya qalxıb. Təyinat bəlkə də Rusiya olub. Yerli vaxtla saat 05:29-da uçuş məlumatlarının qeydə alınması başa çatıb. Təxminən eyni vaxtda Suriya ordusunun döyüşsüz tərk etdiyi hərbi bazadan Əsədin qaçan təyyarəsinə raket atılıb", - məlumatda deyilir.

Nəşrin məlumatına görə, hadisə şahidləri Xümsün qərbindəki Əl-Suveyri kəndi ərazisində partlayış səsləri eşidiblər.

Qeyd edək ki, Suriya müxalifəti Dəməşqi ələ keçirib və Əsəd rejiminin bitdiyini elan edib. Bəşər Əsədin harada olduğu haqda məlumat yoxdur. Onun İl-76 təyyarəsi ilə ölkəni tərk edərkən qəza nəticəsində öldüyü bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью