Əsədin təyyarəsi hara uçub: Planda Moskva olub, amma...

08.12.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Suriya Prezidenti Bəşər Əsədi içərisində iddia edilən “Syria Air İl-76” təyyarəsi bir saatdan az uçuşdan sonra radarlardan itib. 

“Cebheinfo.az” xəbər verir ki, bunu “Flightradar24” xidmətinin məlumatları sübut edir.

Təyyarə Moskva vaxtı ilə saat 05:00 radələrində Dəməşq ərazisində radarlara düşüb və 40 dəqiqəlik uçuşdan sonra izlənilməsi dayandırılıb. 
Sonuncu dəfə təyyarə Homs şəhəri yaxınlığında, dəniz səviyyəsindən 495 metr hündürlük əldə edərkən müşahidə edilib. O vaxtdan bəri təyyarənin harada olduğu barədə heç nə məlum deyil.

Dekabrın 8-də səhər saatlarında adları çəkilməyən Suriya ordusunun yüksək rütbəli zabitləri bildiriblər ki, Əsəd ölkədəki hərbi əməliyyatlar fonunda təyyarəyə minərək Dəməşqdən uçub.

İsrail rəsmisinin sözlərinə görə, Əsədin planları Moskvaya gəlmək olub. Anonim mənbə bildirib ki, Suriya Prezidenti gecə yarısı Dəməşqdən çıxıb və Rusiya paytaxtına səfərə hazırlaşaraq Suriyadakı Rusiya bazasına yollanıb.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью