Əsədlə bağlı qərarı Putin şəxsən veribmiş | Icma.az
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suriyada silahlı müxalifət rejimi devirdikdən sonra Prezident Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya qaçıb.
Kremlin Əsədlə bağlı verdiyi açıqlamada ona siyasi sığınacaq verilməsi ilə bağlı qərarı Vladimir Putinin özü verdiyi bildirilib.
“Cebheinfo.az” xəbər verir ki, noyabrın 27-də müxalifətin başlatdığı əməliyyat 12 gün ərzində Əsədi kreslosundan uzaqlaşdırıb.
Silahlı müxalifət kritik şəhərləri bir-bir ələ keçirərək, nəhayət paytaxt Dəməşqə çatıb.
Qısa müddətdə Dəməşqi ələ keçirən müxalifət 61 illik Baas rejimini devirib.
Ailəsi ilə birlikdə Moskvaya çatan Əsədə Rusiya sığınacaq təklif edib.
Putin şəxsən sığınacaq verib Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Bəşər Əsədə siyasi sığınacaq verilməsi qərarını Vladimir Putin şəxsən verib: “Suriyada baş verənlər təkcə Rusiyanı deyil, bütün dünyanı təəccübləndirdi”.
Tam oxu
Xəbəri oxu